AZ

Azərbaycan və AİB TAS üzrə razılaşdırılmış sənədi imzalayıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və Asiya İnkişaf Bankı (AİB) arasında texniki yardım sazişi (TAS) üzrə razılaşdırılmış sənəd imzalanaraq tərəflərin öhdəlikləri rəsmiləşdirilib.

Day.Az xəbər verir ki, sənəd ADSEA-nın sədri Zaur Mikayılov və AİB-in Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal arasında keçirilən görüş çərçivəsində imzalanıb.

Agentlik tərəfindən görüşdə sədr Zaur Mikayılov, sədrin birinci müavini Xəyyam Məmmədov, sədrin müşaviri Əsəd Şirinov və Strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin müdiri Riad Axundzadə iştirak ediblər.

Görüşdə Asiya İnkişaf Bankını Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal, Regional Direktor, Özəl Sektorun İnkişafı üzrə Enriko Pinali, Direktor, Bazarların İnkişafı və PPP Ofisi üzrə Məhəmməd Azim Haşimi, Böyük Bazar İnkişafı üzrə Məsləhətçi Mütəxəssis Masayuki Kanda, Özəl Sektorun İnkişafı üzrə Baş İnzibatçı Sənan Şabanov və Konsultant Ramazan Səmədov təmsil ediblər.

Görüş zamanı Azərbaycan Respublikasında dövlət-özəl tərəfdaşlığı (PPP) sahəsində əməkdaşlıq imkanları müzakirə olunub, Asiya İnkişaf Bankı ilə potensial Texniki Yardım layihələri təqdim edilib. Həmçinin texniki yardım sazişi (TAS) üzrə razılaşdırılmış sənəd imzalanaraq tərəflərin öhdəlikləri rəsmiləşdirilib.

Seçilən
33
2
day.az

3Mənbələr