
Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib ki, beynəlxalq ictimaiyyət İsrailin hərəkətlərinə dərhal müdaxilə etməlidir. Onun sözlərinə görə, əks halda dünyanı qlobal təhlükəsizlik sisteminin tam dağılması gözləyir.“Beynəlxalq ictimaiyyət, beynəlxalq sistem daha çox addım atmalıdır. Xüsusilə Avropa İttifaqı, digər ölkələr və BMT tədbir görməlidir ki, İsrail dayandırılsın. Əks halda biz beynəlxalq sistemin tamamilə çöküşü ilə üz-üzə qalacağıq”, – deyə Fidan İtaliyada keçirilən mətbuat konfransında vurğulayıb.Ulusum.az
Diqqət Çəkənlər
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı
Like, smayl, “ok”: bunlar həqiqətən cavabdırmı?