AZ

Toydan qayıdarkən ağır qəza oldu -

Üç gün öncə Yevlaxda toydan qayıdarkən aşan maşında ağır yaralanan 47 yaşlı kişi öldü.Metbuat.az Teleqraf-a istinadən xəbər verir ki, ölüm faktı bu gün səhər saatlarında qeydə alınıb. Belə ki, Salahlı kəndində keçirilən toy məclisindən qayıdarkən Hürüuşağı kəndi yaxınlığında aşaraq su arxına düşən avtomobildə olan 1979-cu il təvəllüdlü Xalid Ələkbərov ağır xəsarətlər alaraq reanimasiya şöbəsinə yerləşdirilmişdi.Həkimlərin cəhdlərinə rəğmən onun həyatını xilas etmək mümkün olmayıb.Qeyd edək ki, hadisə zamanı yaralanan digər 3 nəfərdən ikisi cərrahiyyə şöbəsinə yerləşdirilib. Bir nəfərə isə tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
1
metbuat.az

1Mənbələr