Metbuat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Üç gün öncə Yevlaxda toydan qayıdarkən aşan maşında ağır yaralanan 47 yaşlı kişi öldü.
Metbuat.az Teleqraf-a istinadən xəbər verir ki, ölüm faktı bu gün səhər saatlarında qeydə alınıb.
Belə ki, Salahlı kəndində keçirilən toy məclisindən qayıdarkən Hürüuşağı kəndi yaxınlığında aşaraq su arxına düşən avtomobildə olan 1979-cu il təvəllüdlü Xalid Ələkbərov ağır xəsarətlər alaraq reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Həkimlərin cəhdlərinə rəğmən onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisə zamanı yaralanan digər 3 nəfərdən ikisi cərrahiyyə şöbəsinə yerləşdirilib. Bir nəfərə isə tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.