AZ

Yaponiyada təyyarə təcili eniş edib - Xəsarət alanlar var

Tokio yaxınlığındakı Narita hava limanından Filippinə uçan “United Airlines”a məxsus təyyarə Yaponiyanın Kansai hava limanına məcburi eniş edib.Bu barədə “NHK” məlumat yayıb.

Bildirilir ki, təyyarə 10.000 m yüksəklikdə, Vakayama şəhərindən 200 km aralıda olarkən yük anbarında mümkün yanğın barədə xəbərdarlıq siqnalı işə düşüb. Ekipaj Kansai hava limanına təcili eniş etmək qərarına gəlib.

Enişdən sonra sərnişinlər təxliyə edilib. Nəticədə 5 nəfər xəsarətlər alıb.

Uçuş-enmə zolaqları bir neçə saat bağlansa da, sonradan hava limanı tam fəaliyyətini bərpa edib.

Seçilən
34
4
anews.az

5Mənbələr