ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Misli Premyer liqasının ikinci oyun gününə "Azersun Arena"da yekun vurulacaq. Sport24.az xəbər verir ki, müvəqqəti olaraq Bakıda keçirən "Turan Tovuz" "Qəbələ"ni qonaq edir.
3 turdan sonra Tovuz təmsilçisinin aktivində 6 xal var. Və "boz qurdlar" liderlər qrupundan uzaq düşməmək üçün mövsümə heç də yaxşı başlamayan "qırmızı-qaralar"ı məyus yola salmalıdır. Kaxaber Tsxadadzenin yetirmələri isə Bakı səfərindən ən azı 1 xalla dönsə, bunu onların aktivinə yazmaq olar.
Qeyd edək ki, turun digər 2 matçı - "Şamaxı" - "Karvan-Yevlax" və "Neftçi" - "Sabah" qarşılaşmaları sabah keçiriləcək.
Misli Premyer Liqası
I dövrə, IV tur
19:00. "Turan Tovuz" - "Qəbələ"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin ƏliyevVAR: Rəvan HəmzəzadəAVAR: Cəmil QuliyevHakim-inspektor: Ömər PaşayevAFFA nümayəndəsi: Emin CəfərovBakı. "Azersun Arena".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.