AZ

Alimlər: Fastfud beynin yaddaş funksiyasını zəiflədir

BAKI, 13 sentyabr. TELEQRAF

Fastfudun (fast food)davamlı qəbulu beynin fəaliyyətinə cəmi bir neçə gün ərzində mənfi təsir göstərir.

Teleqraf xəbər verir ki, bu barədə Şimali Karolina Universitetinin Tibb Məktəbinin alimlərinin araşdırmasında bildirilir.

Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, yağlı və karbohidratlı qidalar hipokampda – yaddaşa cavabdeh beyin bölgəsində neyronların fəaliyyətini pozur. Bu səbəbdən heyvanlarda artıq dörd gün ərzində yaddaş zəifləməsi müşahidə olunub.

Mütəxəssislərin sözlərinə görə, dəyişikliklər nə artıq çəki, nə də diabet əlamətləri görünmədən baş verir.

Seçilən
40
teleqraf.com

1Mənbələr