
Kamçatka sahillərində 7,1 maqnitudalı zəlzələ baş verib. Bundan sonra Şimali Kuril bölgəsində sunami təhlükəsi elan edilib.
Bu barədə "RİA Novosti"yə “Yujno-Saxalinsk” seysmoloji stansiyasının rəisi Yelena Semyonova bildirib.
Məlumata görə, zəlzələnin ocağının dərinliyi 10 kilometr təşkil edib.