AZ

7,7 bal gücündə zəlzələ baş verdi - Sunami təhlükəsi var

Seysmoloqlar Sakit okeanda Kamçatkanın şərq sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alıblar.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqatlar Mərkəzinin Kamçatka bölməsinin mətbuat xidməti məlumat yayıb.

Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun Kamçatka vulkan püskürməsinə qarşı mübarizə qrupunun məlumatına görə, yeraltı təkanların gücü 7,7 bal olub.

Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 123 kilometr aralıda, təxminən 46,8 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Seçilən
24
publika.az

1Mənbələr