AZ

Aİ alüminium sənayesi metal qırıntılarının ixracına tariflər tətbiq olunmasını tələb edir

Bakı. Trend:

Avropa İttifaqının alüminium sənayesi blokdan metalqırıntılarının kütləvi şəkildə xaricə, xüsusilə Asiyaya axınınınqarşısını almaq üçün Avropa Komissiyasını 30 faizə yaxın tariflərtətbiq etməyə çağırır.

Trend “Reuters”əistinadən xəbər verir ki, Aİ-dən alüminium qırıntılarının ixracı2024-cü ildə rekord həddə – 1,26 milyon tona çatıb. Bu göstəricibeş il əvvəlkindən təxminən 50% çoxdur.

Sənaye nümayəndələrinin sözlərinə görə, ABŞ-da Donald Trampdövründə tətbiq olunan tariflər (alüminium üçün 50%, metalqırıntıları üçün 15%) nəticəsində Asiya alıcıları Aİ bazarına dahaçox yönəlib.

“European Aluminium”un baş direktoru Pol Voss bildirib ki,Avropa şirkətləri subsidiyalar və daha aşağı əmək, həmçinin ekolojistandartlara görə qiymət üstünlüyü olan Asiya bazarı ilə rəqabətdəçətinlik çəkir:

“Qırıntı treyderlərinin ən yüksək qiyməti təklif edən alıcıyasatmağa üstünlük verməsi başadüşüləndir, lakin Avropanın stratejimaraqlarını qorumaq üçün belə bazar uğursuzluqlarını düzəltməkdövlət siyasətinin vəzifəsidir”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Aİ-dən kənarda bir sıra ölkələr artıq metalqırıntılarının ixracını məhdudlaşdırıb. “GMK Center” konsaltinqşirkətinin məlumatına görə, Hindistan və Çin də daxil olmaqla 48ölkə qara metal qırıntılarının ixracına məhdudiyyətlər tətbiqedir.

Seçilən
34
3
az.trend.az

6Mənbələr