AZ

Ərdoğanın müavini Naxçıvan Ali Məclisində olub

Xəbər verdiyimiz kimi Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşat Zorlunun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.

Herbiand.az-a daxil olan məlumata görə, nümayəndə heyəti ilə Naxçıvan Ali Məclisində görüş keçirilib.

Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmlənməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin Naxçıvan dövrü siyasi fəaliyyətinin önəmindən, bu gün Azərbaycan və Türkiyə Respublikası Prezidentlərinin birgə səyləri ilə ölkələrimiz arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən, Zəngəzur dəhlizinin açılması perspektivində Naxçıvanın bu əlaqələrdəki əhəmiyyəti barədə müzakirələr aparılıb.



Seçilən
75
7
herbiand.az

10Mənbələr