AZ

“2025 ci ilin Astronomik Fotoqrafı” müsabiqəsinin qalibləri elan olunub

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 13 sentyabr, AZƏRTAC

Böyük Britaniyanın Qrinviç Kral Rəsədxanası tərəfindən təşkil olunan “2025-ci ilin Astronomik Fotoqrafı” müsabiqəsinin münsiflər heyəti qaliblərin adlarını açıqlayıb. Onlar qədim qalaktikaların möhtəşəmliyini və əlbəttə ki, Ayı əks etdirən gecə səmasının heyrətamiz görüntülərini təqdim ediblər.

Baş mükafata astrofotoqraflar Veytinq Lyan, Tsi Yan və Çuxon Yu “Andromedanın nüvəsi” adlı birgə işlərinə görə layiq görülüblər. Bu şəkil İspaniyanın Nerpio şəhərində yerləşən Astrokamp rəsədxanasının uzunfokuslu teleskopu vasitəsilə çəkilib. Fotoda daha çox Andromeda qalaktikası kimi tanınan M31 göy cisminin nüvəsi əks olunub.

AZƏRTAC müsabiqənin qaliblərinin fotolarını təqdim edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
azertag.az

1Mənbələr