AZ

El Desmarque: FIFA 2026-cı ildə yeni dəyişikliklər etməyi planlaşdırır

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) beynəlxalq təqvimdə dəyişiklik etmək və milli komandaların oyunları üçün sentyabr və oktyabr fasilələrini birləşdirmək niyyətindədir.

Bu barədə "Report" "El Desmarque" portalına istinadən xəbər verir.

Hazırda milli komandaların payızda keçiriləcək oyunları üçün üç fasilə var - sentyabr, oktyabr və noyabr aylarında. 2026-cı ildən FİFA sentyabr və oktyabr aylarında 16 gün davam edən tək fasilə etməyi planlaşdırır.
.Növbəti ildə milli komandaların beynəlxalq oyunlarında ilk fasilə sentyabrın 21-dən oktyabrın 6-dək nəzərdə tutulub.

Beləliklə, komandalar bu müddət ərzində dörd oyun keçirə biləcəklər. Noyabrda beynəlxalq fasilə 2026-cı ilin 9-17-də baş tutacaq. Bu müddətdə hər komanda üçün iki qarşılaşma nəzərdə tutulub.

Poliqon.info

Seçilən
45
2
poliqon.info

3Mənbələr