Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Belqrad, 13 sentyabr, AZƏRTAC
Serbiya Prezidenti Aleksandar Vuçiç 2026-cı ildə növbədənkənar prezident seçkilərinin keçiriləcəyini istisna etməyib.
AZƏRTAC xəbər verir ki, Aleksandar Vuçiç gələn ilin aprel, may və ya dekabr aylarında növbədənkənar prezident seçkilərinin keçirilə biləcəyini bildirib.
“Növbədənkənar prezident seçkiləri üçün iki mümkün tarix var. Dekabr ayında keçirilməsi daha məqbuldur. Mən istərdim ki, gələn ilin dekabrında olsun”, - deyə Serbiya Prezidenti qeyd edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.