AZ

Avstraliyada katolik kilsədə Madonnanın heykəli "ağlamağa" başlayıb: Gözündən yaş əvəzinə yağ axıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Avstraliyada kilsədə Madonnanın heykəli "ağlamağa" başlayıb və gözündən yaş əvəzinə yağ axıb.
Oxu.Az bildirir ki, bu barədə "Daily Mirror" nəşri məlumat verib.
Məlumata görə, 2003-cü ildə Rokinqemdəki Lurdskaya Müqəddəs Məryəm katolik kilsəsində ucaldılmış Məryəmin 70 santimetrlik heykəlindən yağ şəklində göz yaşları axmağa başlayıb. Anomaliya dünyanın hər yerindən minlərlə zəvvarı cəlb edib.
Heykəl dörd gün ərzində tədqiq edilib. Onun səthi böyüdücü cihazlardan istifadə edilərək yoxlanılıb, rentgen vasitəsilə işıqlandırılıb və kompüter tomoqrafiyası (KT) aparılıb. Tədqiqat mayenin ötürülməsi üçün hər hansı gizli kanal aşkar etməyib, lakin bu hal 19 martda - Müqəddəs İosif Günündə başlayıb və Pasxa bayramlarında da davam edib. Göz yaşlarının tərkibində çəhrayı qarışığı olan bitki yağı aşkar edilib.
"Mən demirəm ki, bu, möcüzə deyil, sadəcə olaraq, bizim əlimizdə kifayət qədər dəlil yoxdur. Mən bunun necə baş verdiyini bilmirəm. Bircə onu deyə bilərəm ki, bunun başqa açıqlamaları da ola bilər", - deyə arxiyepiskop Hiki qeyd edib.
Hərtərəfli təhqiqatdan sonra heykəl onun ilkin sahibinə - kilsə ziyarətçisi Petti Pauellə ​​verilib və bir daha kilsədə nümayiş olunmayıb.
Kilsə möcüzələrin tanınması üçün ciddi meyarlara malikdir, lakin bu halda, insan müdaxiləsinə dair sübutların olmamasına baxmayaraq, indiyədək heç bir yekun qərar verilməyib.
Seçilən
26
1
oxu.az

2Mənbələr