Estoniyanın şərq sərhədində uçuşlar müvəqqəti olaraq məhdudlaşdırılıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələrinin komandanı Riivo Valge bildirib.
O qeyd edib ki, aviasiya fəaliyyəti qismən azaldılacaq. Məqsəd müşahidə operatorlarının işini yüngülləşdirməkdir.
Xatırladaq ki, sentyabrın 10-u səhər saatlarında Polşa Ordusunun Əməliyyat Komandanlığı ölkənin hava məkanını pozan bir neçə PUA-nı məhv edib.