AZ

Tramp bu şəhərə Milli Qvardiya göndərəcək

ABŞ Prezidenti Donald Tramp Tennessi ştatının Memfis şəhərinə cinayətkarlıqla mübarizə məqsədilə Milli Qvardiya qüvvələri göndərmək niyyətindədir.

Publika.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib.

“Mən bunu deyən ilk insan olacağam: biz Memfisə gedirik. Memfis ciddi problemlə üzləşən növbəti şəhərdir. Mer bundan razıdır. O, demokratdır və Tennessi ştatının qubernatoru da bütün çətinliklərə baxmayaraq, razılıq verib. Biz Vaşinqtonda etdiyimiz kimi, vəziyyəti düzəldəcəyik”, – Tramp qeyd edib.

Seçilən
37
4
publika.az

5Mənbələr