AZ

Tramp Sorosu bitirmək istəyir: “Amerikaya böyük zərər vurur”

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp milyarder Corc Soros və onun ətrafına qarşı RICO qanununa (“Korrupsiyaya bulaşmış və təsir göstərən reketçi təşkilatlar haqqında” qanun) əsasən istintaq başlanmasına çağırıb.

Trampın sözlərinə görə, Soros gəncləri maliyyələşdirir, öyrədir və radikallaşdırır, bununla da ekstremizmi və terroru yayır.

Məlumata görə, Soros və onun oğlu Aleks zorakı etirazların maliyyələşdirilməsində və ABŞ-da siyasi vəziyyəti destabilizasiya etməyə cəhdlərdə ittiham olunurlar.

Tramp milyarderi “psixopat”, onun ətrafını isə “Amerikaya böyük zərər vuran psixopatlar qrupu” adlandırıb.

 

Musavat.com

Seçilən
34
musavat.com

1Mənbələr