AZ

Oman və BƏƏ elektrik şəbəkələrini birləşdirir

Bakı. Trend:

Oman ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) elektrik enerjisişəbəkələrini birləşdirmək məqsədilə Körfəz Elektrik Rabitəsi Şurasıilə “Sohar International Bank” arasında 500 milyon ABŞ dollarıdəyərində mərhələli maliyyələşdirmə sazişi imzalanıb.

Trend-inməlumatına görə, layihə çərçivəsində BƏƏ-də Sila stansiyası iləOman Sultanlığında Əbri stansiyası arasında 400 kilovoltluqikidövrəli elektrik xətti çəkiləcək.

Xəttin ümumi uzunluğu 530 kilometr təşkil edəcək. Bundan başqa,Əbridə və BƏƏ-nin Beynunə bölgəsində hərəsi 400 kilovoltgərginlikli iki ötürmə stansiyası inşa olunacaq. Stansiyalarümumilikdə 1600 meqavat güc təmin edəcək.

Layihə bölgədə enerji təhlükəsizliyinin gücləndirilməsinə,Körfəz Əməkdaşlıq Şurası üzv ölkələri arasında enerji ticarətininartırılmasına və elektrik sistemlərinin etibarlılıq vədavamlılığının yüksəldilməsinə xidmət edəcək.

Körfəz Elektrik Rabitəsi Şurasının İdarə Heyətinin sədri Muhsinbin Həmd əl-Həzrəmi layihəni Körfəz ölkələrinin elektrikşəbəkələrinin inteqrasiyasında keyfiyyətcə yeni mərhələadlandırıb.

Seçilən
40
az.trend.az

1Mənbələr