AZ

Tailandda quduzluq epidemiyası yayılır

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Tailandın paytaxtı Banqkokun doqquz rayonunda və yaxınlıqdakı Samut Prakan bölgəsində quduzluq epidemiyası qeydə alınıb.

Oxu.Az "Bloomberg"ə istinadən xəbər verir ki, bu ərazilər oktyabrın 8-dək yüksək risk zonası elan edilib.

Quduzluğu sahibsiz itlər yayır. Banqkokun üç rayonunda yoluxmuş heyvanlar aşkar edilib. İnsanlara yoluxma halları hələ məlum deyil.

Məlumata görə, 2025-ci ilin əvvəlindən ölkənin altı əyalətində 7 nəfər quduzluqdan ölüb.

Hakimiyyət paytaxt sakinlərini və paytaxt qonaqlarını sahibsiz it və pişiklərlə təmasda olmamağa, cızıq və ya dişləmə halında isə həkimə müraciət etməyə və peyvənd olunmağa çağırıb. Virus xəstə heyvanın tüpürcəyi ilə ötürülür. İnsanlarda quduzluğun əsas əlamətləri tənəffüs əzələlərinin qıcolması, əsəb, aqressiya, ən ağır hallarda isə ölümlə nəticələnən iflicdir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
1
oxu.az

2Mənbələr