AZ

Pərviz Şahbazov: Azərbaycan Ukraynaya yardımı davam etdirməyə hazırdır

BAKI, 13 sentyabr. TELEQRAF

Ukraynanın energetika naziri Svetlana Qrinçuk ilə azərbaycanlı həmkarı Pərviz Şahbazov arasında onlayn görüş keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.

Görüş zamanı Ukraynanın enerji sistemindəki mövcud vəziyyət və Rusiya hücumlarının nəticələri müzakirə edilib.

“Kütləvi hücumlara baxmayaraq, Ukrayna istilik mövsümünə hazırlaşır: infrastrukturu bərpa, avadanlıqları təmir edirik, ehtiyatlar yaradırıq. İstilik mövsümünə hazırlıq, o cümlədən avadanlıqların modernizasiyası, kritik əhəmiyyətli resursların ehtiyatının yaradılması və profilaktik işlərin aparılması dəqiq qrafik üzrə gedir", - Svetlana Qrinçuk qeyd edib.

O, Ukraynanın enerji sektoruna dəyərli dəstək olan son humanitar yardıma görə Azərbaycana təşəkkürünü bildirib.

Pərviz Şahbazov, öz növbəsində, Rusiyanın hücum təhdidlərinə cavab olaraq Ukraynaya daha çox yardım göstərməyə hazır olduqlarını təsdiq edib.

Görüş zamanı iştirakçılar gələcək üçün ümumi prioritetləri müəyyənləşdirib və ölkələr arasında əməkdaşlığın yol xəritəsini yeniləyiblər. Qaz təchizatı mənbələrinin və marşrutlarının diversifikasiyası, Trans-Balkan qaz dəhlizinin inkişafı, həmçinin neft məhsullarının ixrac/idxal imkanları müzakirə edilib.

Seçilən
46
teleqraf.com

1Mənbələr