Basketbol üzrə Türkiyə yığması Avropa Çempionatında möhtəşəm qələbə qazanıb.
İdmanxeber.az xəbər verir ki, “12 Dev Adam” yarımfinalda Yunanıstanı 94:68 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.
“Ay-ulduzlular” 2001-ci ildən sonra ikinci dəfə Avropa çempionatının finalında oynayacaq. Həlledici qarşılaşmada Türkiyənin rəqibi son dünya çempionu Almaniya olacaq.
Türkiyə yığması 24 ildən sonra qitə çempionu olmaq şansını dəyərləndirməyə çalışacaq.