Aİ Şurası Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə hədə olan şəxslərə qarşı tətbiq edilmiş məhdudlaşdırıcı tədbirləri 2026‑cı il martın 15‑nə qədər uzadıb.Bu barədə Aİ Şurasının saytında məlumat verilib.
Sanksiyalar artıq 2500‑dən çox fiziki və hüquqi şəxsə şamil edilir.
İttifaq bildirib ki, Rusiya üzərində təzyiqlərin sürdürülməsi və zərurət yaranarsa əlavə sanksiyaların qəbul olunması üçün hazırdır.