AZ

Nepalın "Z İnqilabının" lideri ChatGPT vasitəsilə seçildi...

Nepalın müvəqqəti hökumətinin başçısı adlandırılan, hərbçilərlə danışıqlarda üsyançıları təmsil edən Suşila Karki bu rola süni intellekt tərəfindən seçilib.

SİA-nın məlumatına görə, bu barədə “The Time” xəbər verir. Qəzetin yazdığına görə, ölkə hökumətini sürətlə devirən üsyançı zoomerlər, onların fikrincə, ölkənin yeni müvəqqəti hökumətinə kimin rəhbərlik etməli olduğunu seçərkən daha çətin problemlə üzləşiblər.

Onlar bu vəzifəni süni intellektə həvalə ediblər. Əvvəlcə ChatGPT “Gənclər Korrupsiyaya qarşı” internet forumuna dörd mümkün namizəd təklif edib - mühəndis və Oksford məzunu Saqar Dhakal, keçmiş təhsil naziri Sumana Şrestha, repçi və paytaxtın yarımştat meri Balen Şah və 2016-20-ci illərdə ölkənin Ali Məhkəməsinin sədri vəzifəsində çalışmış Suşila Karki.

İkinci mərhələdə süni intellektdən müvəqqəti hökumətin başçısı vəzifəsinə ən uyğun namizədi göstərmək istənilib. ...Seçim olsaydı, müvəqqəti hökumətin başçısı olaraq Suşila Karkini seçərdim, -deyən chatbot sorğuya cavab verib və əlavə etdi ki, reper Şahı daimi hökumətin başçısı kimi tövsiyə edəcək.

73 yaşlı Kərkiyə artıq müvəqqəti hökumətin başçısı vəzifəsi təklif olunub və o, bunu qəbul edib.

Əli Babayev

Seçilən
28
sia.az

1Mənbələr