Fransalı yarımmüdafiəçi Adrien Rabyo karyerasını “Milan”da davam etdirmək qərarına münasibət bildirib.
90deqiqe.Az-ın məlumatına görə, o, bildirib ki, onun üçün çempionlar Liqasında sadəcə iştirak etməkdən daha vacib olan ambisiyalı bir layihənin üzvü olmaqdır. Rabyo vurğulayıb ki, komandada liderlik keyfiyyətlərini nümayiş etdirmək, gənc oyunçulara dəstək olmaq və klubun əvvəlki uğursuz mövsümdən sonra stabil oyun tempinə qayıtmasına kömək etmək istəyir:
“Mən PSJ və “Yuventus”da uğurlu karyera keçirmişəm, çoxsaylı matçlarda iştirak etmişəm və nailiyyətlər qazanmışam. “Marsel”də də yaxşı bir il keçirmişdim. İndi məqsədim qalib gəlmək, qol vurmaq, gənc oyunçulara dəstək olmaq və “Milan”ı yenidən uğura aparmaqdır. Mənim üçün sadəcə Çempionlar Liqasında oynamaqdan daha vacib olan ambisiyalı bir layihənin üzvü olmaqdır”,