AZ

Türkiyə millisindən tarixi qələbə

Kişi basketbolçular arasında Avropa çempionatında finalçılar müəyyənləşib.

90deqiqe.Az-ın məlumatına görə,  ikinci yarımfinal matçında Türkiyə yığması Yunanıstanla üz-üzə gəlib. Qardaş ölkə Yunanıstan üzərində 94-68 hesabı ilə qələbə qazanaraq tarixində ikinci dəfə finala yüksəlib.

Matç boyunca üstün oyun sərgiləyən millinin liderləri Ercan Osmani və Alperen Şengün olub. Osmani 28 xalla karyerasının rekordunu qırıb, Şengün isə 15 xal və 12 ribaundla double-double performansı göstərib.

Türkiyə millisinin finaldakı rəqibi Almaniya olacaq. Final qarşılaşması 14 sentyabr, saat 21:00-da keçiriləcək.

Seçilən
2
90deqiqe.az

1Mənbələr