AZ

Almaniya Polşa sərhədinə qırıcılarını göndərir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Almaniya Rusiyanın Polşaya dron hücumundan sonra bu ölkə ilə sərhədə Şərqi Avropa üzərində hava məkanı patrulunu genişləndirmək üçün iki "Eurofighter" qırıcısı göndərəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Bir müddət öncə Fransa da analoji addım atıb və Şərqi Avropanın hava hücumundan müdafiəsini gücləndirmək üçün Polşa ilə sərhədə üç "Rafale" qırıcısı göndərilib.
Xatırladaq ki, sentyabrın 10-da Polşa ordusunun əməliyyat komandanlığı PUA kimi müəyyən edilən və ölkənin hava məkanını pozan bir neçə obyektin məhv edildiyini açıqlayıb.
Seçilən
9
oxu.az

1Mənbələr