AZ

Bəylər, azca ayılın! - Millinin layiq olmadığı münasibət

Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsində ilk xalını qazandı.

Doğma meydanda gənclərimiz Bolqarıstan yığmasını büdrətməyi bacardı - 1:1.

Qazanılan xal hamımızı sevindirdi, amma meydanın vəziyyəti gərək futbolumuza cavabdeh olan şəxsləri ciddi düşündürsün.

Ot örtüyü futbol meydançasından çox, otlaq sahəsinə bənzəyirdi.

Bəli, ölkə futbolunda ciddi infrastruktur problemi var.

Premyer Liqa klubları oynamağa, məşq etməyə stadion tapmır.

Akademiyalar bərbad süni örtüklü meydançalara möhtac qalıb.

Görün vəziyyət nə qədər acınacaqlıdır ki, ölkənin qüruru olan yığma komanda üçün də ev oyunlarını keçirməyə normal meydança tapılmır.

Ən acınacaqlısı odir ki, bolqarlarla matçın keçirildiyi "Bona Dea Arena" AFFA-nın balansındadır.

"Araz-Naxçıvan" isə davamlı olaraq bu məkanın xidmətindən istifadə edir.

Amma yaranmış durum nə milli komandaya milyonluq əcnəbi məşqçilər gətirən federasiyanı, nə də heyəti yüksək ödənişli legionerlərlə aşıb-daşan klubu maraqlandırmır.

Bəylər, azca ayılın...

Futbol, yaxşı gələcək hamısı ilk öncə o meydançaların vəziyyətinin yaxşı olmasından başlayır.

XANOĞLAN İMANOV

Seçilən
4
sportinfo.az

1Mənbələr