AZ

Su təchizatına edilən hər 1 dollar həcmində investisiya dövlət büdcəsinə 2 dollar vergi şəklində geri qayıdır

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Su təchizatına edilən hər 1 dollar həcmində investisiya dövlət büdcəsinə 2 dollar vergi şəklində geri qayıdır".

Bizimyol.info xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – “Baku Water Week” çərçivəsində təşkil olunan “Xəzər Su İnnovasiya Forumu 2025: Suya dəyər qatırıq” panelində çıxışı zamanı məlumat verib.

Zaur Qardaşovun sözlərinə görə, su yalnız insanların gündəlik həyatı üçün deyil, həm də biznes fəaliyyətlərinin davamlılığı baxımından əsas resurs hesab olunur: “Sudan effektiv istifadə hər bir biznesin uzunmüddətli, dayanıqlı və uğurlu fəaliyyəti üçün vacibdir. Səmərəli su idarəçiliyi xərclərin azalmasına, əməliyyat səmərəliliyinin artmasına və ekoloji göstəricilərin yaxşılaşmasına imkan yaradır”.

Qeyd edək ki, Bizimyol.info xəbər portalı “Xəzər Su İnnovasiya Forumu 2025: Suya dəyər qatırıq” tədbirinin rəsmi media tərəfdaşıdır.

Leyla Mirzə, Bizimyol.info

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
bizimyol.info

1Mənbələr