AZ

Samuel Umtiti karyerasını başa vurur

“Barselona” və Fransa milli komandasının sabiq müdafiəçisi Samuel Umtiti karyerasını başa vurmağa yaxındır.

90deqiqe.Az-ın " RMC Sport"a istinadən məlumatına görə, 31 yaşlı oyunçu bu həftə “Lion”un təlim bazasına baş çəkib, lakin səfərin məqsədi müqavilə imzalamaq olmayıb. Keçmiş futbolçu orada yalnız şəxsi vidyoçəkiliş üçün olub və bu çəkiliş onun əlvida mesajı ola bilər.

Ümtitinin son rəsmi matçı 2024-cü ilin yanvarında “Lill” komandasında olub. Hazırda o, azad agent statusundadır və uzun müddətdir meydanda çıxış etmir.

Karyerası ərzində Umtiti iki dəfə İspaniya çempionu olub və ən böyük uğurunu 2018-ci ildə Fransanın millisi ilə Dünya Kubokunu qazananda əldə edib.

Seçilən
1
90deqiqe.az

1Mənbələr