İspaniyanın “Badaxos” klubu FIFA-nın qərarına qarşı çıxıb.
90deqiqe.Az-ın məlumatına görə, mövsüm öncəsi federasiya klub üzərinə ciddi sanksiyalar tətbiq edib: yeni oyunçuları qeydiyyatdan keçirmək qadağan olunub, klub cəza xalları ilə cəzalandırılıb və Premyer Liqanın ilk turundan kənarlaşdırılıb.
Bu vəziyyət yalnız əsas komanda üçün deyil, həm də klubun bütün strukturu, o cümlədən 500-ə qədər gənc futbolçu üçün gərginlik yaradıb.
Klub prezidenti Xavier Pena bildirib ki, hazırda mübarizə sənəd məsələləri çərçivəsində davam edir:
“Biz tələb olunan bütün sənədləri təqdim etmişik ki, bütün bu nəticələrin qarşısını alaq”
Qeyd edək ki, “Badaxos” İspaniyanın üçüncü ən güclü liqasında çıxış edir.