AZ

Verstappen “Nürburqrinq”də GT3 yarışında çıxış edəcək

Sentyabrın 14-də “Nürburqrinq”in Şimal döngəsi trasında keçiriləcək GT3 yarışında dördqat Formula-1 çempionu Maks Verstappenin iştirak edəcək.

90deqiqe.Az-ın "De Telegraaf"a istinadən məlumatına görə, yarışın təşkilatçıları təxminən 50 min tamaşaçı gözləyir.

Təhlükəsizlik tədbiri olaraq AMG və Şvalbensvanç adlı iki əlavə tribun açılıb. Ferstappen sentyabrın 12-də Almaniya trasında praktik məşqdə iştirak edib və bununla da NLS seriyası üçün lisenziyasını artırıb.

Almaniyalı jurnalistlərdən biri Verstappenin bu yarışa qatılmasını onun avtomobil idmanına olan həvəsinin göstəricisi kimi qiymətləndirib:

“Onun bu yarışda iştirakı onun avtomobil idmanına həvəsini göstərir. O, ulduz deyil, həqiqi yarışçıdır”

Seçilən
9
90deqiqe.az

1Mənbələr