AZ

"Qürur istənilən texnikadan daha vacibdir"

“İnter”in baş məşqçisi Kristian Kivu Seriya A-nın III turu çərçivəsində “Yuventus”la keçirəcəkləri matç öncəsi açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, "Tuttomercato" çalışdırıcının dediklərini belə çatdırıb. 

“Komanda yaxşı çalışdı. Bütün oyunçular mövcuddur və hazırdır. Tudor “Yuventus”da əla iş görüb. Onlar öz identifikasiyasına sahibdirlər və transfer pəncərəsini uğurla keçirdilər. Bizdə yüksək gözləntilər var, amma əlavə təzyiq hiss etməməliyik. Bizə aydın fikir lazımdır. Mən oyunçularımın qüruruna güvənirəm. Qürur hər taktika qədər önəmlidir”

Qeyd edək ki, “Yuventus” mövsümə 2 qələbə ilə başlayıb və 6 xalla ikinci pillədə qərarlaşıb. “İnter” isə 3 xalla altıncı yerdədir. Matç 13 sentyabr keçiriləcək.

Seçilən
8
90deqiqe.az

1Mənbələr