Türkiyənin Balıkesir vilayətində meşə yanır.
Ölkə.az "Report"a istinadən xəbər verir ki, Edremit rayonunda başlayan yanğın küləyin təsiri ilə geniş əraziyə yayılıb.
Əraziyə müxtəlif texniki vasitələr, o cümlədən dörd təyyarə, beş helikopter və 140 nəfərlik şəxsi heyət cəlb olunub.
Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə davam edir.