AZ

Hazırda fəaliyyət göstərən bütün neft yataqları mövcud ekoloji normalara uyğun fəaliyyət göstərir

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Xəzər dənizində və ölkə göllərində hazırda neftlə bağlı yeni çirklənmə faktı müşahidə olunmur. Mütəxəssislərin fikrincə, mövcud çirklənmələrin böyük əksəriyyəti son 150–200 ilin nəticəsidir".

Bizimyol.info xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ekoloji ekspert Rövşən Abbasov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – “Baku Water Week” çərçivəsində təşkil olunan “Xəzər Su İnnovasiya Forumu 2025: Suya dəyər qatırıq” panelində deyib. Ekspertin sözlərinə görə, hazırda fəaliyyət göstərən bütün neft yataqları mövcud ekoloji normalara uyğun fəaliyyət göstərir və yeni çirklənmələrin yaranmasına yol verilmir.

Rövşən Abbasov

Rövşən Abbasov qeyd edib ki, neftlə çirklənmiş ərazilərin bərpası istiqamətində geniş miqyaslı işlər aparılır: “Hazırda Azərbaycanın müxtəlif bölgələrində təmizləmə layihələri icra olunur. Dünya Bankının dəstəyi ilə Zığ gölünün bərpası üzrə layihə həyata keçirilir. Tədqiqatlar göstərib ki, gölün dibində çoxlu tarixi neft qalıqları var. Məlum olub ki, Zığ gölü vaxtilə neftin müvəqqəti toplanma rezervuarı kimi istifadə olunub, bu səbəbdən də çirklənmə səviyyəsi olduqca yüksəkdir”.

Rövşən Abbasov bildirib ki, Abşeron yarımadasında, xüsusilə Bayıl və Ağ Şəhər ərazilərində də təmizləmə işləri aparılır: “Torpağın qatlarına illər əvvəl hopmuş neft qalıqları bəzən yenidən üzə çıxır. Buna görə də təmizləmə prosesi uzunmüddətli və mürəkkəb xarakter daşıyır. Hər halda, ekoloji təhlükəsizliyin təmin edilməsi üçün layihələr ardıcıl şəkildə davam etdirilir”.

Qeyd edək ki, Bizimyol.info xəbər portalı “Xəzər Su İnnovasiya Forumu 2025: Suya dəyər qatırıq” tədbirinin rəsmi media tərəfdaşıdır.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
bizimyol.info

1Mənbələr