AZ

Misli Premyer Liqası: "Araz-Naxçıvan"dan qələbə, "Qarabağ"dan xal itkisi

Bakı, 12 sentyabr, AZƏRTAC

Futbol üzrə Misli Premyer Liqasında IV tura start verilib.

AZƏRTAC xəbər verir ki, ilk olaraq meydana "Araz-Naxçıvan" və "Kəpəz" komandaları çıxıb. Qəbələ şəhər stadionunda keçirilən görüş Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün ikinci qarşılaşmasında isə "Zirə" "Qarabağ”ın qonağı olub. "Azərsun Arena"da təşkil olunan matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Aktivində 8 xal olan “Zirə” hazırda turnir cədvəlinə ikinci pilləsində qərarlaşıb. “Araz-Naxçıvan” 10 xalla liderdir. "Qarabağ" 4 xalla 5-ci, xalı olmayan "Kəpəz" isə sonuncu – 12-ci pillədə yer alıb.

Turun digər oyunları sentyabrın 13-14-də baş tutacaq.

Seçilən
6
2
azertag.az

3Mənbələr