AZ

Putin ölümsüzlüyün sirrinin axtarışındadır – qocalma araşdırmalarına rekord vəsait

Putinin qocalma mövzusuna xüsusi maraq göstərdiyi bildirilir.

Musavat.com xəbər verir ki, “Novaya qazeta Evropa”nın araşdırmasına görə, 2021–2025-ci illərdə Rusiya Elmi Fondu (RNF) qocalma ilə bağlı fundamental tibb sahəsində 43 layihəni dəstəkləyib.

Müqayisə üçün, 2016–2020-ci illərdə bu sahədə cəmi 7 layihə maliyyələşdirilmişdi.

Məlumata əsasən, RNF-in əsas proqramı çərçivəsində illik qrantların həcmi 4–7 milyon rubl (təxminən 48–84 min dollar) təşkil edir. Layihələrin maliyyələşdirilməsi bir və ya iki il uzadıla bilər. 2017-ci ildə isə standart qrantların məbləği daha az idi – 3–6 milyon rubl (36–72 min dollar).
Hesablamalara görə, minimal göstəricilərlə belə, RNF-in qocalma üzrə layihələrə ayırdığı vəsait 2016–2020-ci illərdə 21 milyon rubl (252 min dollar) idisə, 2021–2025-ci illərdə bu rəqəm 172 milyon rubla (2 milyon dollar) yüksəlib.

 

Musavat.com

Seçilən
48
musavat.com

1Mənbələr