“Yuventus”un hücumçusu Duşan Vlahoviç cari mövsümün sonunda komandanı tərk edə bilər. B
90deqiqe.Az-ın "Tuttosport"a istinadən məlumatına görə, bu səbəbdən “qoca sinyora” yeni hücumçu transfer etməyi planlaşdırır.
Turin klubu “Mançester Yunayted”in hücumçusu Coşua Zirkzi ilə maraqlanır. “Qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim Zirkzinin göndərilməsinə müsbət yanaşır. Bu İtaliya təmsilçisinin qış transfer pəncərəsində futbolçunun keçidi üçün danışıqları asanlaşdıracaq.
Zirkzee 2024-cü ilin yayında “Mançester Yunayted”ə keçib. Hücumçu bu müddətdə bütün turnirlərdə 51 oyunda iştirak edib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalına görə, Zirkzeenin bazar dəyəri 30 milyon avro təşkil edir.