AZ

BMT də 142 dövlət Fələstini dəstəklədi

Azpost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

BMT Baş Assambleyası əksəriyyət səslə Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə dair “Nyu-York Bəyanatı”nı təsdiqləyib.

Sənədin lehinə 142 dövlət səs verib, 10 ölkə əleyhinə çıxış edib, 12 ölkə isə bitərəf qalıb.

Əleyhinə səs verənlər arasında İsrail, ABŞ, Argentina, Paraqvay, Macarıstan, İrlandiya, İtaliya, Panama, Palau və Mikroneziya Federal Ştatları var.

Bitərəf qalan 12 dövlət arasında Kamerun, Dominikan Respublikası, Şimali Makedoniya, Cənubi Sudan, Moldova, Samoa və digərləri yer alır.

Təşəbbüs Fransа və Səudiyyə Ərəbistanı tərəfindən irəli sürülüb və iki dövlətli həll istiqamətində təcili və geri dönməz addımların atılmasının zəruriliyini nəzərdə tutur.

Eyni zamanda, sənəddə zorakılığa son qoyulması və Qəzza bölgəsinin idarəsinin Fələstin Milli Administrasiyasına verilməsi çağırışı yer alır.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
azpost.info

1Mənbələr