Misli Premyer Liqasının IV turu çərçivəsində “Qarabağ” evdə “Zirə” ilə qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, “Azersun Arena”dakı matç 1:1 hesabı ilə başa çatıb.
Qonaqların hesabı 39-cu dəqiqədə Ruan Renato açıb. Meydan sahibləri isə 81-ci dəqiqədə Kadi Borgesin qolu ilə tarazlığı bərpa edib.
Bu nəticədən sonra “Zirə” xallarını 8-ə çatdıraraq turnir cədvəlində ikinci yerə yüksəlib, “Qarabağ” isə 4 xalla beşinci pillədə qalıb.
Günün əvvəlki görüşündə isə “Araz-Naxçıvan” “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, IV tur sentyabrın 14-də yekunlaşacaq.