AZ

“Verstappen Şumaxer səviyyəsində təsir göstərə bilər”

Keçmiş Formula-1 pilotu Eddi İrvayn yeddiqat dünya çempionu Mixael Şumaxeri və hazırkı ulduz sürücü Maks Verstappeni müqayisə edib.

90deqiqe.Az-ın "GPBloga"ya istinadən məlumatına görə, İrvaynın sözlərinə görə, Şumaxerin “Ferrari”yə keçidi yalnız sürücünü deyil, həm də komandanın strukturunu dəyişdirmişdi:

“Mən yarışdığım dövrlərdə, Şumaxer “Ferrari”yə gələndə onu Formula-1-in ən sürətli sürücüsü hesab edirdilər. Bu səbəbdən komandanın tərkibinə həm Rori Bern, həm də Ross Braun daxil oldu. Bütün komanda faktiki olaraq Şumaxerin ətrafında qurulmuşdu. Bu baxımdan indiki Maks Verstappenlə müqayisə etmək olar.

Əgər Maks komandayı dəyişərsə, o, çoxsaylı mütəxəssisləri də öz ilə gətirə bilər. Çünki qurulmamış sistemlə heç nəyi dəyişmək mümkün deyil, hər şey əvvəlki kimi qalacaq.

Şumaxer “Ferrari”yə keçmək üçün çox şeydən keçdi, bəlkə də bu keçid səbəbindən iki, üç, bəzən isə beş titulu əldən verib”

Seçilən
6
90deqiqe.az

1Mənbələr