AZ

Rusiyanın Polşaya dron zərbələri Aİ və NATO-nu üz-üzə qoya bilər...


Əli Orucov: "Avropa İttifaqının üzvlərindən Rusiya ilə münasibətlərdə Trampla həmrəy olanlarda özgüvən artıb"

Rus dronlarının Polşa ərazisinə düşməsi “hücum” sayılır, yoxsa yalnız hava məkanının pozulmasıdır? NATO bu hadisəni “hücum” kimi qəbul etmir. Bu isə Avropa Parlamentində və ikitərəfli diplomatik çevrələrdə fərqli fikirlərə səbəb olur.

Fərqli yanaşma nədən qaynaqlanır və bu NATO və Aİ arasında ciddi narazılığa səbəb ola bilərmi?

Məsələ ilə bağlı baki-xeber.com nəşrinə danışan siyası şərhçi Əli Orucov bildirdi ki, beynəlxalq hava hüququ sahəsində ən mühüm akt 1944-cü ildə imzalanmış Beynəlxalq mülki aviasiya haqqında Çikaqo Konvensiyasıdır. Bu Konvensiyada dövlətin öz hava məkanı üzərində tam və müstəsna suvernliyi prinsipi birmənalı şəkildə təsbit olunmuşdur. Bu və ya bundan əvvəl qəbul olunmuş beynəlxalq hüquq normalarına görə, Polşanın da hava məkanı onun severen ərazisi hesab olunur və Rusiya tərəfindən buraxılan dronların uçuşu aşağı hündürlükdə olub. Bu o anlama gəlir ki, Moskva Polşanın ərazisinə hərbi müdaxilə edib. Yenə də beynəlxalq hüquqa istinad etsək, həmin hal hərbi təcavüz aktı kimi qiymətləndirilir. NATO Nizamnaməsinin 5-ci maddəsinin tələblərinə görə, üzv dövlətlərin birinə hücum digər dövlətlərə də hücum sayılır. Rusiyanın Polşaya etdiyi dron hücumları qarşısında Alyansın pat vəziyyətə düşməsi təəccüb doğurur".

Politoloq qeyd etdi ki, Birləşmiş Ştatlar prezidentinin bunu planlı hücum deyil, təsadüf adlandırması Rusiya ilə açıq konfrontasiyadan və qarşıdurmadan yayınmaq anlamı verir: "Kreml belə bir risqli avantüraya əl atmaqla təkcə nəbzi yoxlamaq deyil, görünür NATO daxilində də parçalanma və daxili ziddiyyətlər yaratmaq məqsədi güdüb. Onsuz da Trampın hakimiyyətə gəlməsindən sonra NATO daxilində və Avropa İttifaqı ilə Birləşmiş Ştatlar arasında ciddi fikir ayrılıqları yarandı. Həmçinin İttifaq üzvlərindən Rusiya ilə münasibətlərdə Trampla həmrəy olanlarda özgüvən artıb. Polşa və Baltikyanı ölkələrə Rusiyanın hava məkanı pozması insidenti təkrarlana bilər. Bu təhrikedici addımlar Qərblə Birləşmiş Ştatlar arasındakı mövcud vəziyyətin daha da dərinləşməsinə gətirib çıxarar. Polşaya hücum, yeni ərazilər qoparmaqdan daha çox, taktiki gedişdir".

Akif NƏSİRLİ

Seçilən
21
baki-xeber.com

1Mənbələr