“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim qapıçı Andre Onananın “Trabzonspor”a icarəyə verilməsi barədə danışıb.
90deqiqe.Az-ın "Manchester Evening News"a istinadən məlumatına görə, Amorim klub olaraq Onana üçün düzgün vaxtda dəyişiklik edilməsi qərarına gəldiyini bildirib:
“Onana ilə bağlı başqa variantları da nəzərdən keçirə bilərdik. Amma klub olaraq başa düşdük ki, ona dəyişiklik lazımdır. Bəzən niyə belə olur – oyunun gedişatı, müəyyən məqamlar, ya da bəzi situasiyalarda şanssızlıq – anlamaq çətindir. Biz qapıçını dəyişməyi qərara aldıq, lakin Andre Onanaya ən yaxşılarını arzulayıram. O, həqiqətən yaxşı iş gördü və oyunçulara kömək etdi. Bəzən isə sadəcə mühit dəyişməlidir”
Qeyd edək ki, Onana 2023-cü ilin yayında “İnter”dən Mançester Yunaytedə keçib. Kamerunlu qapıçı bu müddət ərzində 102 oyunda iştirak edib, bunlardan 24-də qapısını toxunulmaz saxlayıb, lakin ümumilikdə 150 qol buraxıb. Transfermarkt portalına görə, onun bazar dəyəri 25 milyon avro təşkil edir.