AZ

Fahriye Evcen və Burak Özçivit cütlüyündən diqqətçəkən paylaşım - FOTO

Fahriye Evcen və Burak Özçivit cütlüyündən diqqətçəkən paylaşım - FOTO"Çalıkuşu" serialının setində tanış olan və 2017-ci ildə evlənən Fahriye Evcen və Burak Özçivit son aylarda sosial mediada birlikdə paylaşım etməmələri və Evcenin soyadını dəyişdirməsi ayrılıq iddialarına səbəb olmuşdu.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, daha sonra "Beyaz Magazin" proqramında cütlüyün mübahisə etdiyi, qonşuların evdən səs eşitdiyi və hətta tətildə də mübahisələrin davam etdiyi iddia edildi. Bu iddialar Evcenin sosial media profilində etdiyi dəyişikliklərlə əlaqələndirildi.

Bütün bu şayiələrə cavab olaraq cütlük ortaq açıqlama yayıb: "Ailə həyatımıza hörmət edin. Bizim adımıza yayılan yalan xəbərlərlə bağlı hüquqi addımlar atılacaq".

Bunun ardınca Fahriye Evcen sosial media hesabından Burak Özçivitlə romantik bir foto paylaşaraq "Yaza elvida, bir dahaki dəfə görüşərik" mesajı verib. Fotoda diqqət çəkən detallardan biri də cütlüyün əyləşdiyi 1959 model Cadillac Series 62 avtomobili olub. Bu klassik avtomobil kolleksiya dünyasında prestijli sayılır və təxminən 8 milyon manat dəyərindədir.
Fahriye Evcen və Burak Özçivit cütlüyündən diqqətçəkən paylaşım - FOTO

Seçilən
81
sonxeber.az

1Mənbələr