AZ

Hande Erçeldən bu suala əsəbi reaksiya

Hande Erçeldən bu suala əsəbi reaksiyaTanınmış aktrisa Hande Erçel və Hakan Sabancı təxminən üç illik münasibətlərini keçən həftə bitirib. Ayrılıqdan sonra cütlük sosial media hesablarından birlikdə çəkilmiş bütün şəkilləri silib.

Sonxeber.az xəbər verir ki, hadisə magazin gündəmində geniş müzakirələrə səbəb olub.

Ayrılıqla bağlı ən çox danışılan iddialardan biri Hakan Sabancının keçmiş sevgilisi Jocelyn Chew ilə yenidən görüşməsi və Erçeli aldatması olub. Lakin həm Sabancı, həm də Jocelyn Chew bu iddiaları təkzib edib.

Başqa iddialara görə, Hande Erçel evlənmək istəsə də, Hakan Sabancı bu fikrə soyuq yanaşıb və Arzu Sabancı aktrisanı gəlin kimi istəməyib.

Ayrılıqdan sonra gözlərdən uzaq yaşayan Hande Erçel bir müddət əvvəl kameralar qarşısına çıxıb.

Məlumatına görə, jurnalistlər ona "Yenidən barışma ehtimalı var mı?" sualını veriblər. Bu sual qarşısında əsəbiləşən Erçel, "Mən danışmaq istəmirəm. Daha əvvəl də dedim. Danışmayacağam. Çox təşəkkür edirəm" cavabını verib.

Seçilən
7
sonxeber.az

1Mənbələr