“Real” klubu müdafiəçisi Antonio Rüdigerin zədəsi ilə bağlı rəsmi açıqlama yayıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, alman futbolçu sol bud əzələsinin zədəsi səbəbindən komandadan kənarda qalıb.
32 yaşlı futbolçunun zədəsinin sağalması ilə bağlı dəqiq məlumat verilməyib.
Rüdigerin “Real”la müqaviləsi 2025/26 mövsümünün sonuna qədər qüvvədədir.
“Real” sentyabrın 13-də, səfərdə “Real Sosyedad”la qarşılaşacaq.