Fitness məşqçisi Hidayət Məhərrəmli eks-sevgilisi olduğu iddia edilən Ş. Yunusovanın ittihamları ilə bağlı növbəti məlumatı yayıb.
OLAY yazır ki, Hidayət sözügedən xanımla söhbətinin yer aldığı videoları paylaşıb.
Qeyd edək ki, Ş. Yunusova Qafqazinfo-ya açıqlama verərək Hidayətin ondan 550 min manatını mənimsədiyi iddiasını irəli sürüb. Hətta o, Hidayəti ona şi*ddət göstərməkdə ittiham edib.