AZ

Cekson “Bavariya”da rəsmi olaraq təqdim edildi

“Bavariya” yeni hücumçusunu təqdim edib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Seneqal milli komandasının üzvü Nikolas Cekson klubda 11 nömrəli formanı daşıyacaq.

Bu nömrə əvvəllər Kinqsli Koman tərəfindən geyinilirdi; Koman isə keçən yay Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna transfer olunub.

Bavariya Ceksonu “Çelsi”dən icarəyə götürüb. Müqavilənin dəyəri 16,5 milyon avro təşkil edir və müəyyən şərtlər ödəndikdə futbolçunun daimi alınmasını nəzərdə tutan bənd mövcuddur. Lakin hücumçunun qışda Afrika Millətlər Kuboku səbəbilə komandadan ayrı qalacağı ehtimalı, müəyyən oyun sayını yerinə yetirməsini çətinləşdirə bilər.

Seçilən
6
90deqiqe.az

1Mənbələr