“Real”ın baş məşqçisi Xabi Alonso komandanın hücum xətti barədə açıqlama verib.
90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis yaxın vaxtlarda azarkeşlərin Kilian Mbappe, Vinisius Junior və Rodriqo üçlüyünü eyni vaxtda meydanda görə biləcəyini istisna etməyib.
“Mbappe, Vinisius və Rodriqo birlikdə oynaya bilərmi? Əlbəttə. Onlar bunu əvvəllər də ediblər. Belə variant mümkündür. İndiyə qədər bu seçimi istifadə etməməyimiz heç nə demək deyil. Yalnız üç oyuna əsasən nəticə çıxarmaq düzgün olmaz”
Qeyd edək ki, “Real” İspaniya La Liqasında üç turdan sonra 9 xal toplayaraq turnir cədvəlinə başçılıq edir. Alonso rəhbərliyindəki komanda sentyabrın 13-də səfərdə **“Real Sosyedad”**la qarşılaşacaq.