AZ

“Haverts yaxşıdır, Xesus dekabrdan məşqlərə qoşulacaq”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta zədəli futbolçular – Kay Haverts və Qabriel Xesusun durumuna aydınlıq gətirib.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlama verib.

“Haverts çox yaxşı görünür. Sərbəst hərəkət edir və müəyyən işlərə başlayıb. Əməliyyata qərar vermək onun üçün çətin idi, amma düzgün addım oldu. Hazırda dizinə yük verir və çalışır. Dəqiq dönüş vaxtını deyə bilmirəm. Xesusa isə ciddi əməliyyat edilib. Onun komanda ilə məşqlərə qoşulması təxminən dekabrda gözlənilir”, – Arteta bildirib.

Qeyd edək ki, “Arsenal” sentyabrın 13-də, şənbə günü İngiltərə Premyer Liqasının növbəti turunda doğma meydanda “Nottingem Forest”i qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 15:30-da başlanacaq.

Seçilən
3
90deqiqe.az

1Mənbələr